📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran prezidentinin qəzaya uğrayan helikopteri ilə bağlı YENİ DETALLAR

2024-05-24 00:27:25

İran prezidentinin qəzaya uğrayan helikopteri ilə bağlı YENİ DETALLAR

İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin pilotu digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib.

Bu İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir. Həmçinin bildirilir ki, Rəisiyə məxsus helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.

Rəisinin vertolyotunun axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib. Baş Qərargah iddia edib ki, qəza yerini İrana məxsus PUA tapıb.

Qeyd edək ki, Türkiyə tərəfi qəza yerini ilk Akınçı PUA-nın tapdığını bildirmişdi. 

\\Ucnoqta.az