📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Qərbə üz tutan İrəvana xəbərdarlıq etdi

2024-03-07 13:23:41

İran Qərbə üz tutan İrəvana xəbərdarlıq etdi

Hurriyyet.az xəbər verir ki, İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı ilə görüşü zamanı regiondan kənarda təhlükəsizlik axtarışlarının əks nəticələr verəcəyini bildirib. Generalın sözlərinə görə, təhlükəsizlik quruculuğu regionun özündə formalaşmalıdır. Əks halda region fövqəldövlətlər arasında münaqişə arenasına çevrilə bilər - bunun isə ağır nəticələri olur.
İranın müdafiə naziri deyib: "Biz regionun əcnəbilər üçün rəqabət meydanına çevrilməsinə yol verməməliyik. Bu, regionun bütün ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edər".
Aştiani qeyd edib ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İranın xarici siyasətinin bir parçasıdır. "Lakin Ermənistan xüsusi əhəmiyyətə malikdir və Ermənistan müstəqillik əldə elədikdən sonra iki ölkə arasında münasibətlər ən müxtəlif sahələrdə ardıcıl şəkildə inkişaf edir".
Nazir İranın region ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə qətiyyətli mövqe tutduğunu deyib.
Hürr Tərcüman