İran Qərbi Azərbaycanda AES tikir
2023-10-25 14:44:55
Hurriyyet.az xəbər verir ki, İran Qərbi Azərbaycan vilayətində “Karun” adlı yeni atom elektrik stansiyasının tikintisinə başlayıb. Stansiyanın gücünün azı 300 MVt olacağı gözlənilir.
İRNA agentliyinin məlumatına görə, bu barədə açıqlamanı İranın Atom Enerjisi Təşkilatının başçısı Məhəmməd İslami verib. Layihəyə 5 milyard dollardan artıq həcmdə vəsait ayrılması nəzərdə tutulur.
Hürr Tərcüman