📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İran Qərblə əməkdaşlığa açıqdır” – Xameneinin müşaviri

2024-10-28 21:55:53

“İran Qərblə əməkdaşlığa açıqdır” – Xameneinin müşaviri

“İran Qərb dövlətləri ilə dialoq qurmağa hazırdır”.
Bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.
“İslam Respublikası İranla səmimi münasibət qurmaq istəyən, İranın suverenliyinə hörmət edən və bizimlə bərabərhüquqlu kimi danışan istənilən Qərb gücü ilə əməkdaşlığa açıqdır”, - Vilayəti deyib.
“Biz fəal şəkildə Qərb, Şərq və inkişaf etməkdə olan ölkələrlə münasibətləri balanslaşdırmağa çalışırıq, biz istənilən Avropa, Asiya və Afrika dövləti ilə dostluğu alqışlayırıq”, - Vilayəti əlavə edib. \\Yeniavaz.com