📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran qəzeti “Taliban”ı şiələrə qarşı "səssiz müharibə" aparmaqda suçlayır

2026-10-13 12:16:13

İran qəzeti “Taliban”ı şiələrə qarşı

İran Pakistandan sonra regionda Əfqanıstanla münasibətlərini pozacağı ikinci ölkə ola bilər.

Hurriyyet.net  xarici mediaya istinadla xəbər verir ki, “Taliban”ın Əfqanıstanın şiə icmasına qarşı repressiyaları və Kabilin Vaşinqtonla pərdəarxası əlaqələri Tehrana bu ölkənin hökumətinin islam respublikasına qarşı "səssiz müharibə" apardığından şübhələnməyə əsas verir.

Bir neçə gün əvvəl İranın nüfuzlu dövlət qəzetlərindən biri olan “Jomhuri-e Eslami”nin redaksiya məqaləsində Əfqanıstandakı “Taliban” rejimini İrana qarşı "səssiz müharibə" aparmaqda günahlandırıb. Qəzet Tehranın “Taliban”a qarşı siyasətini tənqid edərək, İranın Kabilə yönəlik hazırkı kursunun Tehranın uzunmüddətli maraqlarına zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

“Jomhuri-e Eslami” xatırladır ki, Taliban 2021-ci ilin avqust ayında ABŞ-nin dəstəyi ilə Əfqanıstanda hakimiyyətə qayıdıb və bu, 2020-ci ilin sonlarında Dohada Vaşinqtonla bağlanmış qeyri-şəffaf müqavilənin bir hissəsi olub. Qəzet qeyd edir ki, "ABŞ hökuməti “Taliban”ın hakimiyyətə gəlməsi ilə bağlı razılığa gəlib ki, terrorçu qruplaşma regionun ən həssas bölgələrindən birində Vaşinqtonun nümayəndəsi kimi çıxış edə bilsin". İran nəşri vurğulayır ki, hakimiyyətə qayıtdıqdan sonra Taliban ABŞ ilə sıx münasibətlər saxlayır və amerikalılardan aylıq 50 milyon dollar maliyyə yardımı alır.

"Jomhuri-e Eslami" qəzetinin məlumatına görə, Vaşinqtonun “Taliban”la əməkdaşlığının səbəblərindən biri təşkilatın İranla əlaqəli məşhur qurumları bağlaması, İranı dəstəkləyən qəbilələri, şiəliyin müxtəlif təzahürlərini və İranı dəstəkləyən resurslara qarşı mübarizə aparmasıdır.

"Bundan əlavə, İranın şərq sərhədləri artıq bir daha ölkəmizin müxtəlif yerlərinə səpələnmiş qanunsuz Əfqanıstan vətəndaşlarının axını ilə üzləşir və onlara heç bir nəzarət yoxdur. Bu hücumçuların xüsusi missiyalar yerinə yetirən “Taliban” agentləri olmadığına necə inana bilərik?" – deyə islam respublikasının nüfuzlu dövlət qəzeti İran Xarici İşlər Nazirliyinə sual verir.