📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Qırmızı dənizdə baza yaradacağı xəbəri ilə bağlı açıqlama verib

2024-03-04 17:28:31

İran Qırmızı dənizdə baza yaradacağı xəbəri ilə bağlı açıqlama verib

Hurriyyet.az xəbər verir ki, İran Sudanda hərbi baza yaratmaq planları barəsində informasiyanı təkzib edib.
Martın 3-də "The Wall Street Journal" nəşri Sudan kəşfiyyatının əməkdaşı adlandırdığı Əhməd Həsən Məhəmməd adlı şəxsə istinadla Tehranın Hartum üçün vertolyot daşıyıcıları tədarükünün qarşılığında Sudan sahillərində hərbi-dəniz bazası yaratmaq üçün danışıqlar apardığını xəbər vermişdi.
İranın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Nəsir Kənani Sudanın Qırmızı dəniz sahilindəki ərazisində İran hərbi bazasının yaradılması ilə bağlı danışıqlar aparılması barəsində informasiyanın əsassız və siyasi motivli olduğunu bildirib.
"Tasnim" agentliyinin Kənanidən gətirdiyi sitatda deyilir: "Bu, əsassız xəbərdir, onun ardında siyasi məqsədlər gizlənir".
Hürr Tərcüman