📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran regionda yeni ittifaq qurur

2026-03-25 15:15:57

İran regionda yeni ittifaq qurur

İran ABŞ və İsrail olmadan regionda təhlükəsizliyi təmin edəcək dövlətlər ittifaqı yaratmağa hazır olduğunu bildirib.

Milli.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, artıq region ölkələrinin təhlükəsizlik və hərbi əməkdaşlığı öz aralarında təmin etməsinin vaxtıdır. İran hesab edir ki, bu ölkələrin uzaq dövlətlərin müdaxiləsinə ehtiyacı yoxdur və onlar öz sərvət və maraqlarını qorumağa qadirdirlər.