📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran rəhbərliyi Ərdoğanla Putini qəbul eləməyə hazırlaşır

2022-05-19 20:23:00

İran rəhbərliyi Ərdoğanla Putini qəbul eləməyə hazırlaşır

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya məsələsi ilə bağlı Astana formatında danışıqlarının növbəti mərhələsi İranda davam edəcək. Bu barədə məlumatı İranın Moskvadakı səfiri Kazım Cəlali verib.

Cəlali deyib: “Astana formatında danışıqlar prosesi iştirakçı ölkələrin liderləri səviyyəsində İranda keçiriləcək. Biz artıq əvvəldən bəyan eləmişik ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İranda sammit keçirməyə hazırıq”.

O qeyd edib ki, pandemiya danışıqların uzun müddət dayandırılmasına səbəb olub. Üç ölkənin liderlərinin görüş tarixi hələlik təyin edilməyib.

İranın Moskvadakı səfiri deyib: “Düşünürəm ki, bu sammit üç prezidentin ortaq razılaşmaya gələcəyi təqdirdə baş tuta bilər. İran da Rusiya, Türkiyə və İranın liderləri səviyyəsində görüşü qəbul eləməyə hazırdır”.

 

Hürr Tərcüman