İran rejimi Azərbaycan vətəndaşını həbs edib
İran rejimi Azərbaycan vətəndaşını həbs edib. Belə ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Almaniyada təhsil alan azərbaycanlı öyrənci Fərid Səfərli Jena şəhərinə praktikaya gələn bir iranlı həkim dostu ilə Tehrana səyahət edib.
Həmin gənc 3 gün öncə tələbə yoldaşlarına yazıb ki, kartım İranda işləmir, mənə bilet alın. Tələbə yoldaşları ona Tehran-İstanbul-Berlin reysi ilə bilet alıblar, martın 5-də Almaniyada olmalı imiş. Biletdə də uçuşun və enişin vaxtı elə qeyd olunub. Amma adamdan heç bir xəbər yoxdur. Onun İranda saxlanıldığı bildirilir.
Fərid Səfərlinin anası Dilarə Əskərova açıqlamasında bildirib:
"27 yaşlı oğlum Fərid Səfərli Almaniyada Jena Universitetinin tələbəsidir. 20 fevralda Almaniyadan İrana bir vaxtlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görməyə gedib. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur. İranda saxlanıldığı deyilir”.
Ülviyyə, Hurriyyet.az