İran rejimi etirazçıları narkotik alverində ittihamla edam edir
2023-09-27 11:21:14
İranda daha iki etnik bəluç edam edilib. İran İnsan Haqları Təşkilatı xəbər verir ki, dünən Məşhəd şəhərindəki Vəkilabad zindanında iki etnik bəluç məhbus dar ağacından asılıb.
Məlumata görə, 27 yaşlı Səid Bərahuyi və 30 yaşlı Mustafa Xoşşane narkotik maddələrin alverində ittiham ediliblər.
Qeyd edək ki, İranda sin bir il ərzində 697 nəfər edam olunub.
Ülviyyə, Hurriyyet.az