📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran rejimi etirazları yatırmaq üçün indi də uşaqlardan sui-istifadə edir

2022-09-29 13:28:00

İran rejimi etirazları yatırmaq üçün indi də uşaqlardan sui-istifadə edir

Artıq 13 gündür ki, İranda ümumxalq etirazları davam edir. İnsanlar hakimiyyətin məcbur hicabla bağlı qadınlara qarşı qeyri-insani addımlarına və zorakılığına etiraz olaraq hər gün ölkənin müxtəlif şəhərlərində küçələrə axışır, hakimiyyət rəhbərlərinə qarşı “Diktatora ölüm” şüarları səsləndirirlər.
Rejim dinc etirazçılara qarşı polis, xüsusi təyinatlılar, ordu, SEPAH, “Bəsic” qüvvələrindən istifadə edir. Hətta son günlərdə molla rejiminin İraq və Livanda qurub-nəzarət etdiyi Həşdi-Şabi və Hizbullah kimi terrorçu qrupların dəstəyindən istifadə etməsi, dinc insanları onların hədəfinə çevirməsi kimi xəbərlər yayıldı. Amma görünür. dişinə qədər silahlanmış terrorçu qruplaşmalar da artıq molla rejiminin köməyinə yaramır. Bu gün isə İranın molla rejimi indi də “dinin və ölkənin müdafiəsi” adı altında azyaşlı uşaqların beynini yuyaraq, onlara hərbi geyim və əllərinə silah verib narazı xalqa əl uzatmağa məcbur edir.

Bax molla rejiminin əsl mahiyyəti budur. İylənmiş, üfunət bataqlığına batmış rejim üçün müqəddəs, toxunulmaz heç nə yoxdur...

Ülviyyə, Hurriyyet.az