📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran rəsmisi Pakistana səfərə hazırlaşır

2024-11-04 10:11:24

İran rəsmisi Pakistana səfərə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi yaxın günlərdə Pakistana səfər edəcək. Bu barədə "Azad İran" Teleqram kanalı məlumat verib. Nazir Tehran ilə İslamabad arasında regional məsələlər və əməkdaşlıq barəsində məşvərət aparacaq. Bu, Araqçinin XİN rəhbəri postuna gəldikdən sonra Pakistana ilk səfəri olacaq.
Pakistanın "Cang" qəzeti də hökumətdəki diplomatik mənbələrə istinadla Araqçinin ölkəyə səfər edəcəyini bildirib.
Hürr Tərcüman