İran rəsmisindən AÇIQLAMA: "Çin İranın strateji müttəfiqidir"
İran rəsmisi: "Çin İranın strateji müttəfiqidir". Bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti bildirib. Vilayəti iddia edib ki, Çin və Rusiya ilə yaxınlaşmanın bölgə üçün önəmlidir.
“İran İslam Respublikası Çinlə əməkdaşlığı daha da inkişaf etdirməyə və bu ölkənin Yaxın Şərqdə mövcudluğunu möhkəmləndirmək üçün yardım etməyə hazırdır”, deyə Vilayəti bildirib.
Rusiya və Çinin qlobal siyasi sistemdə yeni qütbün formalaşmasında oynadıqları rola görə məmnun olduğunu dilə gətirən Əli Xameneyinin müşaviri, İranın Rusiya və Çinlə əməkdaşlığının regionun təhlükəsizliyi və taleyi üçün çox vacib olduğunu iddia edib.
Vilayəti Rusiyanın Ukraynaya hücumunu NATO-nun kütləvi hücumuna Rusiyanın cavabı adlandırıb və İranın da Amerikanın Çinin ərazi bütövlüyünə təhdidini kəskin qınadığını deyib.
Ülviyyə, Hurriyyet.az