İran rəsmisindən iddia: Tehran və Moskvanın Cənubi Qafqaz məsələsində ciddi fikir ayrılığı yoxdur
2022-10-13 13:25:00
İranın dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İran və Rusiya arasında yaxşı və strateji əlaqələrin olduğunu vurğulayaraq, Tehran və Moskvanın Cənubi Qafqaz məsələsində əsaslı fikir ayrılığı olmadığını irəli sürüb.
İSNA-nın xəbərinə görə, o, Sputnik-ə müsahibəsində deyib ki, İran və Rusiya arasında münasibətlər çox yaxşıdır, yüksək və strateji səviyyədədir və bu əlaqələr genişlənir.
“Bir ölkənin sərhədlərinə başqa bir ölkənin hər hansı hücumu gərginlik və müharibəyə səbəb olur ki, bu da Amerika və sionist rejim kimi hər zaman xaos yaratmaq istəyən bəzi tərəflərin həmin yerdə varlığına gətirib çıxarır”, deyə Vilayəti bildirib.
Ülviyyə, Hurriyyet.az