📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran rəsmisindən sərsəm açıqlama: “Azərbaycandakı proseslərin pərdə arxasında İranın regionda mövqelərinin zəiflədilməsi dayanır”

2022-12-22 16:35:00

İran rəsmisindən sərsəm açıqlama: “Azərbaycandakı proseslərin pərdə arxasında İranın regionda mövqelərinin zəiflədilməsi dayanır”

İran rəsmisindən sərsəm açıqlama verərək bildirib ki, “Azərbaycandakı proseslərin pərdə arxasında İranın regionda mövqelərinin zəiflədilməsi dayanır”.
İranın Mühəndislər İslam Cəmiyyətinin Mərkəzi Şurasının üzvü deyib: “Azərbaycan və Ermənistan arasında baş verən proseslərin pərdə arxasında İranın regionda siyasi və iqtisadi mövqelərinin zəiflədilməsi dayanır, çünki düşmənlər İranın iqtisadi maraqlarını aradan qaldırmağa çalışırlar”.
Məhəmmədrza Puribrahimi Azərbaycana qarşı qatı mövqeyi ilə bilinən “ana.press” saytına açıqlamasında Azərbaycan və Ermənistan arasında baş verənlərə və bəzi ölkələrin bu hadisələrdən “iqtisadi sui-istifadə hallarına” toxunaraq bildirib: “Fikrimizcə, bu məsələnin arxasında həm siyasi, həm də iqtisadi səbəblər dayanır”.
Onun sözlərinə görə, elə ölkələr var ki, bizim regiona aid deyil, lakin bölgədə öz təsirini göstərməkdə maraqlıdırlar.
“Əslində bir sıra ölkələrin, o cümlədən ABŞ, “sionist rejimin” (İsrail) və bəzi ərəb dövlətlərinin təhlükəsizlik xidmətləri İranın regiondakı iqtisadi mövqeyini zəiflətməyə can atırlar. Bununla belə, İran Azərbaycan və Ermənistanın regional xəritəsində heç bir dəyişikliyi qəbul etməyəcəyini rəsmən bəyan edib və bu, İran İslam Respublikasının qətiyyətli siyasətidir”, deyə o, iddia edib.

Ülviyyə, Hurriyyet.az