📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran rəsmisindən son açıqlama: İran Vyana danışıqlarından kənarda ABŞ və ya Avropa ilə danışıqlar aparmaq niyyətində deyil

2022-02-16 14:59:00

İran rəsmisindən son açıqlama: İran Vyana danışıqlarından kənarda ABŞ və ya Avropa ilə danışıqlar aparmaq niyyətində deyil

İran hakimiyyəti nüvə silahları üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair Vyana danışıqlarından kənarda ABŞ və ya Avropa ilə danışıqlar aparmaq niyyətində deyil. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani "Tvitter" hesabında məlumat verib.
"ABŞ və Avropa BHFP üzrə öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılmasında uğursuzluğa düçar olub. Razılaşma indi İran üçün iqtisadi sahədə və sanksiyaların ləğvində içiboş mərmiyə çevrilib. ABŞ və qeyri-aktiv Avropa ilə BHFP çərçivəsindən kənarda danışıqlar aparılmayacaq”, deyə Şamxani bildirib.

Ülviyyə, Hurriyyet.az