📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Rusiya ilə Ermənistanın üzv olduqları təşkilatda müşahidəçi statusu almaq istəyir

2024-06-04 13:41:55

İran Rusiya ilə Ermənistanın üzv olduqları təşkilatda müşahidəçi statusu almaq istəyir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran Avrasiya İqtisadi İttifaqı təşkilatında müşahidəçi statusu almaq üçün təşkilatın komissiyasına müraciət edib. Komissiya kollegiyasının sədri Bakıtcan Saqintayev sənədin qaydalara uyğun şəkildə nəzərdən keçiriləcəyini bildirib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri bunlardır - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan. Özbəkistan, Moldova və Kuba dövlətlərinə müşahidəçi statusu verilib.
Hürr Tərcüman