İran Rusiyadan kosmosa 2 peyk buraxacaq
2024-07-23 14:59:13
İran Kosmik Agentliyi aşağı Yer orbitinə iki yeni peyk buraxmağı planlaşdırır.
Hurriyyet.az xəbər verir ki, “Mehr” agentliyi “Hodhod” və “Kosar” kosmik aparatlarının Rusiya kosmodromlarından birindən oktyabrda orbitə buraxılmasının planlaşdırıldığını yazıb.
“Kosar” müşahidə, “Hodhod” isə rabitə peykidir.