📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Rusiyadan qırıcılar və hərbi vertolyotlar alır

2023-11-28 15:08:20

 İran Rusiyadan qırıcılar və hərbi vertolyotlar alır

Hurriyyet.az xəbər verir ki, İranın Müdafiə Nazirliyindən “Tasnim” agentliyinə verilən məlumata görə, Tehran Moskvadan qırıcılar və hərbi vertolyotlar alacaq.

Razılaşma əsasında Rusiyanın Su-35 qırıcıları, Mi-28 hərbi vertolyotları və Yak-130 təlim-məşq təyyarələri İrana satılacaq. Məlumatda texnikanın verilməsi prosesinin artıq başlandığı bildirilir.

Hürr Tərcüman