İran Rusiyadan “S-400” və “Su-35” alacaq? İddia
2021-12-28 17:14:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, müdafiə sənayesi sahəsində analitik olan Babək Taqvai öz “Tvitter” səhifəsində 2022-ci ilin yanvarında İran ilə Rusiyanın Su-35 qırıcıları, S-400 Hava Hücumundan Müdafiə Sisteminin alınması da daxil olmaqla 10 milyard dollar dəyərində hərbi əməkdaşlıq sövdələşməsini imzalayacağını iddia edib. Taqvainin iddiasına görə, İran razılaşma çərçivəsində ən azı 24 ədəd “Su-35 SE” və 2 ədəd S-400 HHMS satın alacaq.
Hürr Tərcüman