İran Rusiyanı silahlandırmağa davam edir – Ukraynadan açıqlama
2023-06-19 14:52:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin cənubundakı Müdafiə Qüvvələrinin spikeri Natalya Qumenyuk yerli telemarafonun efirindəki çıxışı zamanı Rusiyanın yaxın günlərdə İran dronlarının yeni partiyasını alacağını və bundan sonra Ukraynaya hücumları fəallaşdıra biləcəyini söyləyib.
Qumenyuk deyib: “Bu mərhələdə biz qeyd edə bilərik ki, dronların sayı azalıb və onlardan daha kompakt – 4-7 vahidlik qruplarda istifadə edilir. Bunun səbəbi düşmənlərimizin tədarüklərin yenilənməsini gözləmələri ola bilər. Cəmi bir neçə gün sonra onların yenidən hücumu gücləndirəcəkləri gözlənilir”.
Hürr Tərcüman