İran Rusiyanın ödəniş sisteminə inteqrasiya edir
2022-08-30 12:40:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri artıq yaxın günlərdə İranın “Mir” ödəniş sisteminə qoşula biləcəyini bildirib. İSNA agentliyinin verdiyi xəbərə görə, yalnız “proqram təminatı baxımından ona adaptasiya olmaq qalır”.
Diplomat deyib: “İran ilə Rusiya federasiyası öz aramızda və bir neçə başqa ölkə ilə birlikdə SWIFT sisteminin analoqunu yaratmaq barəsində razılığa gəlmişik, bu analoq tezliklə fəaliyyətə başlayacaq”.
Hürr Tərcüman