📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Rusiyanın “Suxoy-35” qırıcılarını almaqdan imtina edib

2023-07-27 17:47:00

İran Rusiyanın “Suxoy-35” qırıcılarını almaqdan imtina edib

İran Rusiyanın “Suxoy-35” qırıcılarını almaqdan imtina edib. Belə ki, bu barədə Almaniyanın “Flog Review” jurnalı yazıb.

Jurnalın yazdığına görə, Rusiya İrana qırıcıların ehtiyat hissələrinin istehsalı texnologiyasını öyrətməkdən və növbəti 30 il ərzində ölkədə təyyarələrə texniki xidmət göstərməkdən imtina etdiyi üçün İran Rusiyanın “Suxoy-35” döyüş təyyarələrini almaqdan imtina edib.

Adıçəkilən aviasiya jurnalı bu yaxınlarda məlumatlı mənbələrə istinadən yazıb:

“İran bu günlərdə Rusiyadan ilk “Suxoy-35” qırıcı təyyarəsini almalı idi, lakin bu müqavilə tamamilə ləğv edildi, çünki İran tərəfi Rusiyanın təklifindən narazıdır”.

Ülviyyə, Hurriyyet.az