📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Rusiyaya PUA verdiyini etiraf etdi

2022-11-05 14:08:00

İran Rusiyaya PUA verdiyini etiraf etdi

“Tehran Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl Rusiyaya az sayda pilotsuz təyyarələr verib”.

Hurriyyet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Fars” xəbər agentliyinə müsahibəsində deyib.

“Ukraynadakı müharibədən bir neçə ay əvvəl Rusiyaya az sayda pilotsuz təyyarələr vermişdik”, - o bildirib.

Nazir İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı məlumatları təkzib edib.

yeniavaz.com