İran Rusiyaya PUA verirmi? - Tehrandan açıqlama
2024-02-19 15:13:18
Hurriyyet.az xəbər verir ki, İran XİN-in rəsmi təmsilçisi Nəsir Kənani G7 ölkələri qrupunun İranın Rusiyanın Ukraynada müharibə aparması üçün Moskvanı dronlarla təmin elədiyi barəsində açıqlamasını təkzib edib.
"Tasnim" agentliyinin yazdığına görə, Kənani deyib: "Biz Rusiyaya münaqişədə istifadə eləməsi üçün dronlar verməyimiz barəsində ittihamları dəfələrlə rədd eləmişik. İrandan fərqli olaraq, bu ittihamı irəli sürənlər, o cümlədən də, ABŞ artıq çoxdandır ki, Ukraynada müharibənin davam eləməsindən faydalanırlar. İranı ittiham edənlər özləri də bilmədən Ukrayna xalqına qarşı hərəkət edirlər. Biz G7-nin bəyanatındakı ittihamları tamamilə rədd edirik".
Hürr Tərcüman