İran Rusiyaya qarşı viza rejimini ləğv eləməyə hazırdır
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın Rusiya vətəndaşlarına qarşı viza rejimini ləğv eləməyə hazır olduğunu bildirib. Diplomatın sözlərinə görə, ilkin olaraq biznes nümayəndələrinə vizasız gediş-gəlişə icazə verməklə buna başlamaq olar.
Abdullahiyan deyib: “Vizaların tamamilə liberallaşdırılması məsələsində bizdə yaxşı münasibətlər yaranır. Biz bu məsələni müzakirə eləmişik. İran İslam Respublikası olaraq qarşılıqlı şəkildə viza rejimindən imtina eləməyə və zəruri addımlar atmağa hazır olduğumuzu bildirirəm”.
“İlk addım – biznesmenlər üçün viza tələblərini tamamilə ləğv eləmək olacaq. Biz bu məsələni də müzakirə eləmişik. Mütəxəssislərimiz tezliklə bu məsələləri yekunlaşdıracaqlar”.
Hürr Tərcüman