📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran sanksiyaların ləğvi üçün Avropaya iki layihə təklif edib

2021-12-02 16:33:00

İran sanksiyaların ləğvi üçün Avropaya iki layihə təklif edib

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, İran nümayəndələri sanksiyaların ləğvi ilə bağlı avropalı diplomatlara iki razılaşma layihəsi təqdim ediblər. Bu barədə məlumatı Press TV telekanalı öz “Tvitter” səhifəsində verib.

2015-ci ildə İranla ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında imzalanmış nüvə sazişinin bərpası və ABŞ-ın 2018-ci ildə sazişi tərk edərək İrana qarşı tətbiq elədiyi sanksiyaları ləğv eləmək məqsədi ilə hazırda Vyanada tərəflər arasında danışıqlar aparılır.

Rusiyanın Vyana şəhərindəki beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov sazişin bərpası ilə bağlı işin demək olar, 90 faizinin yekunlaşdığını söyləyib. Onun sözlərinə görə, ABŞ-ın öhdəlikləri ilə bağlı siyasi məqamların razılaşdırılması məsələsi qalıb.

Cari ilin oktyabr ayının sonlarında ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ-ın İranla nüvə müqaviləsini bərpa eləmək üçün danışıqları bərpa eləməyə hazır olduğunu bildirmişdi.

 

Hürr Tərcüman