📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Şanxay Əməkdaşlıq Təşkilatına qəbul edildi

2021-09-17 16:15:00

İran Şanxay Əməkdaşlıq Təşkilatına qəbul edildi

İran prezidentinin mətbuat xidmətinin sentyabrın 17-də verdiyi məlumata görə, İranı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvlərinin sırasına qəbul etmək qərarı sentyabrın 17-də Düşənbədə keçirilən ŞƏT dövlət başçılarının sammitində qəbul edilib. 

"Buna əsasən, İranı təşkilatın əsas üzvlərindən birinə çevirmək üçün texniki proses başladı və bundan sonra İran mühüm regional təşkilatın əsas, tam hüquqlu üzvü olaraq üzv dövlətlərlə əməkdaşlıq edəcək və qarşılıqlı əlaqə quracaq", mətbuat xidmətinin məlumatında deyilir.
16-17 sentyabr tarixlərində Düşənbədə keçirilən ŞƏT sammitində narkotik vasitələrin istehsalı və ticarəti, separatçılıq və terrora qarşı mübarizə, habelə informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı yardım, təbii fəlakətlər və onların aradan qaldırılması, ətraf mühitin qorunması, turizm, iqtisadiyyat sahəsində əməkdaşlığa dair sənədlər müzakirə edilib və imzalanıb.
ŞƏT 1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılıb. Təşkilatın məqsədləri dövlətlər arasındakı əlaqələri, qarşılıqlı əlaqəni, iqtisadi və təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirməkdir. ŞƏT "hərbi blok" deyil.

Ülviyyə, 

Hurriyyet.az