İran saytı: “Qafqaz: Tehranın yoxsa Bakının oyun meydanı? İran və Azərbaycan: Rəqabətin ortasında ticarət!”
İran mediasında “Eghtesad News” saytında “Qafqaz: Tehranın yoxsa Bakının oyun meydanı? İran və Azərbaycan: Rəqabətin ortasında ticarət!” mövzusunda yazı paylaşıb. Yazıda deyilir:
“Müşahidəçilərin iddiasına görə, Tehran və Bakı coğrafi gərginlik və sərhəd rəqabətindən başqa, bir-biri ilə ticarət və nəqliyyat kimi iki komponent vasitəsilə qarşılıqlı əlaqədə olurlar. Bu əməkdaşlıq Qafqaz bölgəsində regional rərabətlər fonunda baş tutur: Bu bölgə həm İran, həm də Azərbaycanın baxımından strateji əhəmiyyət kəsb edir.
Sovet İttifaqının dağılmasından və Azərbaycan müstəqillik əldə etdikdən sonra Tehran və Bakı arasında vaxtaşırı gərginlik yaşanıb. Bununla belə, rəsmi Bakıya görə İran, strateji əhəmiyyət kəsb edir və 618 kilometrə yaxın quru sərhədinə malik olmaqla Azərbaycanın cənubunda ən böyük qonşularından biri sayılır.
Məhz bu səbəbdən iki aktor arasında bir növ praqmatik tərəfdaşlıq tərif edilib; Regional infrastruktur layihələrinin, xüsusən də tranzit əlaqələrinin canlandırılmasını tələb edən bir tərəfdaşlıq...”.
Ülviyyə, Hurriyyet.az