📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran səfirliyi işini bərpa edəcək

2023-06-05 18:37:00

 İran səfirliyi  işini bərpa edəcək

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, iyunun 6-dan etibarən İranın Səudiyyə Ərəbistanındakı səfirliyi uzunmüddətli – 7 illik fasilədən sonra iyunun 6-dan etibarən rəsmən öz işini bərpa edəcək. Bu barədə xəbəri ölkənin XİN-ə istinadla İran mətbuatı yayıb.

Ər-Riyadda İran diplomatik missiyasının açılış mərasimi Tehranın Səudiyyə Ərəbistanındakı yeni səfiri Əlirza İnayətinin iştirakı ilə keçiriləcək. İnayəti bundan əvvəl İranın Küveytdəki səfiri olub.

Bəlli olduğu kimi, 2016-cı ildə Səudiyyə Ərəbistanında hökuməti tənqid edən şiə din xadimi Nimr ən Nimrin edam edilməsindən sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə hücum edilmiş, bundan sonra Ər Riyad iki ölkə arasındakı diplomatik münasibətləri dayandırmışdı.

Bu ilin mart ayında Çinin vasitəçiliyi ilə iki ölkə arasındakı diplomatik münasibətləri bərpa eləməklə bağlı razılıq əldə edilib.

Ər Riyad hələ Tehrandakı səfirliyinin açılış tarixi barəsində məlumat verməyib.

Hürr Tərcüman