İran səfirliyi Ermənistana başsağlığı verib
Hurriyyet.az xəbər verir ki, İranın İrəvandakı səfirliyi Ermənistanda baş vermiş su basqınları ilə əlaqədar başsağlığı verib. Diplimatik missiya X səhifəsindəki paylaşmasında ölkənin şimalında Debed (keçmiş Borçalı) çayının daşması səbəbindən baş vermiş dağıntı və insan tələfatı ilə əlaqədar təəssüfləndiyini bildirib.
Tavuş və Lori rayonlarında baş vermiş sellərlə əlaqədar Fransa, Aİ və ABŞ səfirlikləri də Ermənistana təəssüfləndiklərini bildiriblər. RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova Rusiyanın İrəvandakı səfirliyinin selin fəsadlarını aradan qaldırmaq üçün Ermənisan XİN ilə təmasda olduğunu bildirib.
Qeyd edək ki, Debed çayının daşması nəticəsində Ermənistanın Lori və Tavuş rayonlarındakı bir sıra yaşayış məntəqələri su altında qalıblar. İndiyə qədər 4 nəfərin həlak olduğu xəbər verilib.
Hürr Tərcüman