📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu

2026-04-04 20:39:46

İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu

İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailə məxsus üç təyyarə və iki helikopteri zərərsizləşdirib.

Modern.az-ın yaydığı məlumata əsasən, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün rəsmi açıqlama verib.

Bildirilib ki, vurulan texnikalar arasında bir ədəd F-35 qırıcısı, iki A-10 hücum təyyarəsi və iki “Black Hawk” helikopteri yer alır. SEPAH eyni zamanda vahid və inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq olunduğunu da qeyd edib.

Bundan əvvəl İran tərəfi F-35-in məhv edildiyini və pilotunun saxlanıldığını açıqlamışdı. ABŞ-ın “Axios” nəşri isə hadisəyə yaxın mənbəyə istinadən yazıb ki, söhbət əslində iki nəfərlik F-15E Strike Eagle tipli təyyarədən gedə bilər.