İran sərhədçisi Taliban rejimi tərəfindən öldürüldü
İran sərhədçisinin taliblər tərəfindən öldürülməsinə dair ziddiyyətli xəbərlər yayılıb. Belə ki,
Əfqanıstanın "8 Sobh" qəzeti Məhəmməd Səyyad adlı İran sərhədçisinin iyunun 28-də Taliban qüvvələri tərəfindən öldürülməsi ilə bağlı xəbər yaydığı halda, İran mediası onun silahlı şəxslərlə münaqişədə öldürüldüyünü iddia edib.
Qəzetin yazdığına görə, Taliban qüvvələri iyunun 28-də bir əfqan uşağın İran sərhədçiləri tərəfindən öldürülüb, digərinin isə yaralanmasının ardından İran ərazisinə daxil olaraq iranlı sərhədçilərlə silahlı münaqişəyə giriblər.
İranın rəsmi xəbər ajansları isə Taliban qüvvələrinin deyil, digər silahlı şəxslərin Əfqanıstan tərəfdən İran ərazisinə daxil olaraq İran sərhədçiləri ilə atışdığını və bu zaman İran sərhədçisinin öldürüldüyünü yazıb.
Ülviyyə, Hurriyyet.az