İran sərhədlərini bağladı
2024-02-16 16:57:58
Hurriyyet.az xəbər verir ki, İran hakimiyyəti bütün qonşu dövlətlərlə sərhədlərini qeyri-müəyyən müddətə bağlamağı qərara alıb. Qərarın səbəbi açıqlanmır. Bu barədə açıqlamanı İran İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Kiumars Heydəri verib. Qeud edək ki, bundan əvvəl 2021-2022-ci illərdə, koronavirus pandemiyası (omikron növünün yayılması) ilə əlaqədar İran öz quru sərhdələrini tamam bağlamışdı.
İranla hansı ölkələr həmsərhəddir?
İran 7 ölkə ilə həmsərhəddir. O, qərbdə İraq və Türkiyə, şimalda Azərbaycan və Ermənistan, şərqdə Türkmənistan, Əfqanıstan və Pakistan ilə qonşudur.
Hürr Tərcüman