📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran silahları Rusiyanı nişan alacaq

2023-02-15 14:18:00

İran silahları Rusiyanı nişan alacaq

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İranın Yəməndə dəstəklədiyi Husi milislərinə göndərdiyi minlərlə silahı və bir milyondan artıq mərmini ələ keçirən ABŞ ordusunun həmin qəniməti Ukraynaya göndərəcəyi bəlli olub.

ABŞ donanması son aylarda Yəmən sahillərində qaçaqmalçılardan 5 mindən artıq avtomat tüfəng, 1,6 milyon mərmi, yüngül silah-sursat, tankvuran raketlər və 7 mindən artıq partlayıcı müsadirə edib və həmin silahların Ukraynaya göndərilməsi planlaşdırılır.

Bu barədə məlumatı “Wall Street Journal “ (WSJ) nəşri Avropa və ABŞ-dakı mənbələrə istinadla yayıb.

Hürr Tərcüman