📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran son terror aktlarını “modern texnologiyalar əsasında qurur”

2023-07-19 10:28:00

İran son terror aktlarını “modern texnologiyalar əsasında qurur”

Beynəlxalq təşkilatlar müəyyən ediblər ki, İrana bağlı olan qanlı terror aktlarının sayı 2000-ci illərin əvvəllərindən başlayaraq, kəmiyyətcə çoxalıb.

Belə hadisələr 2009-cu ildən sonra daha intensiv, daha təhlükəli və dağıdıcı xarakter alıb. Səbəb odur ki, İran bəşəriyyətin tərəqqisi üçün kəşf edilmiş modern texnologiyaları oğurlayaraq, onları terror aktlarının törədilməsi üçün istifadə etməyə başlayıb. Beynəlxalq hesabatlarda qeyd edilir ki, İranın kiber təhlüksizlik təsisatları (İKK) tərəfindən dünyanın nüfuzlu universitetlərinə hər il yüzlərlə kiberhücumlar təşkil edilir və onların intellektual mülkiyyətləri oğurlanır.

 

2020-ci il hesabatında göstərilir ki, İran Yaxın Şərq və Mərkəzi Asiyadakı terrorçu qruplaşmalara təkcə maliyyə deyil, həm də modernləşdirilmiş texnika təminatı ilə dəstək göstərir. İranın Argentina, Hindistan, Tailand, Gürcüstan, Azərbaycan, Keniya və bir sıra Avropa ölkələrində törətdiyi terror aktlarında yeni texnologiyalardan istifadəsinə dair nüanslar üzə çıxıb.

2018-ci ildə Belçika, Fransa, Almaniyada İran agentlərinin kütləvi toplanış məntəqələrində müasir texnologiyalardan yararlanmaqla təxribatlar törətmək planları aşkarlanıb və qarşısı alınıb. Belçika, Fransa və Almaniyada həbs edilmiş İran agentlərinin istintaqı zamanı bu yöndə ciddi faktlar ortya çıxıb. 2018-ci ildə Almaniyada xüsusi qorunan ofislərə şübhəli təmas edən 10 nəfər saxlanılıb. Onların SEPAH agentləri olduğu sübut edilib. 2013-cü ildə Bosniya və Herseqovinada iki nəfər “iranlı diplomat” saxlanılıb. Onların casusluq və terrorla əlaqələri sübuta yetirilib. 2021-ci ildə Türkiyədə dörd SEPAH agenti saxlanılıb. Onlar İsrailə bağlı hədəflərinə hücum etmək üçün Türkiyədən yaralanmaq istəyiblər.

Ülviyyə, Hurriyyet.az