İran Suriyanın kimyəvi silahlar sənayesini ələ keçirməyə çalışır
İran Suriyanın kimyəvi silahlar sənayesini ələ keçirməyə çalışır. Bu barədə İsrailin “Alma” Tədqiqat Mərkəzi hesabatında yazıb. Hesabatda deyilir:
“İran Suriyanın kimyəvi silah sənayesinin mühüm hissələrini ələ keçirməklə, həmin mərkəzlərdən qabaqcıl silahlar istehsal etmək və Livanın Hizbullah qruplaşmasını silahla təmin etmək istəyir”.
Tədqiqat mərkəzi Suriyanın öz elmi araşdırmalar və tədqiqat mərkəzində hərbi istifadəyə yararlı kimyəvi silahlar istehsal etdiyinə toxunaraq, adıçəkilən mərkəzlə əlaqəli 10 müəssisədən İranın Hizbullah təşkilatına silah çatdırılmasında istifadə məqsədi barədə də məlumat verib.
Qeyd edək ki, İran Suriya ərazisində qanadlı raketlər istifadə etmək niyyətindədir. Əgər hərbi qarşıdurma olarsa, Hizbullah təşkilatı İsrailə qarşı bu silahlardan təmənnasız istifadə edə biləcək.
Ülviyyə, Hurriyyet.az