📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Suriyaya zəlzələdən yardım adı altında silah göndərdi

2023-04-13 12:09:00

İran Suriyaya zəlzələdən yardım adı altında silah göndərdi

İran zəlzələdən sonra yardım adı altında Suriyaya silah göndərib. Belə ki, İran hakimiyyəti Suriyadakı zəlzələ qurbanlarına humanitar yardım aparan təyyarələrdən hərbi texnika göndərmək üçün istifadə edib.
Məlumata görə, fevralın 6-da baş verən zəlzələdən sonra bir neçə yüz İran təyyarəsi Suriyanın Dəməşq, Latakiya və Hələb hava limanlarına enib. Onlar humanitar yardım adı altında Suriyanın hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün lazım olan qabaqcıl rabitə avadanlığı, radar batareyaları və ehtiyat hissələrini daşıyıblar.
İsrail Müdafiə Nazirliyindəki mənbə bildirib ki, Tel-Əviv İran hərbi texnikasının Suriyaya ötürülməsindən xəbərdar olub və bir qayda olaraq, hissə-hissə daşınıb.
Onun sözlərinə görə, yük əsasən Hələb hava limanına çatdırılıb. İsrail iki İran yük təyyarəsi oraya endikdən bir neçə saat sonra onu vurub.
Suriya Silahlı Qüvvələrinin zabiti də məlumatı təsdiqləyib: “Zəlzələ lazımi şərait yaradıb. Sonrakı xaos İran təyyarələrinin maneəsiz Suriya hava limanlarında enişinə imkan verib”.
O, habelə deyib ki, İsrailin Suriya ərazisinə zərbələrinin tezliyi son aylarda məhz yəhudi dövlətinin hakimiyyət orqanlarının həmin silah tədarükündən xəbər tutması səbəbindən xeyli artıb.

Ülviyyə, Hurriyyet.az