📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran “Taliban”la bağlı açıqlama verdi

2021-09-06 16:46:00

İran “Taliban”la bağlı açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə “Taliban”ın Pəncşir vilayəti ilə bağlı əməliyyatını qəti şəkildə pislədiklərini söyləyib. Xətibzadə Tehranda keçirdiyi mətbuat konfransında deyib: “Pəncşirdən gələn xəbərlər narahatlıq doğurur. Ötən gecə Pəncşirdə keçirilən əməliyyatı şiddətlə qınayırıq”.

Bəlli olduğu kimi, danışıqların baş tutmamasından sonra dünən aparılan əməliyyat nəticəsində Pəncşir vilayəti ilə mərkəzi Bazarek şəhəri tamamilə “Taliban”ın nəzarəti altına keçib.

Pəncşirdə “Taliban”a müxalif qüvvələrin başında duran Əhməd Məsudun atası Əhməd Şah Məsud keçmişdə İran ilə yaxın münasibətlərə malik olub. 1990-cı illərdə Əhməd Şah Mənsur “Taliban”a qarşı müharibədə İrandan güclü dəstək alıb, Qasım Süleymani ilə birlikdə hərbi əməliyyatlar keçirib.