📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran telekanalından Azərbaycana qarşı daha bir TƏXRİBAT - VİDEO

2022-11-10 15:39:00

İran telekanalından Azərbaycana qarşı daha bir TƏXRİBAT - VİDEO

İranın nifrət aşılamaqla məşğul olan “Səhər TV” kanalının aparıcıları Azərbaycan xalqına qarşı hədə səsləndirməklə yanaşı, Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürüblər.

Hurriyyet.az xəbər verir ki, sözügedən kanalın verilişində Şimali Azərbaycanın bütün şəhərləri İranın bir hissəsi adlandırılır.

Belə ki, qadın aparıcı Naxçıvandan tutmuş Bakıya və Gəncəyə qədər bütün şəhərlərin guya İranın şimal hissəsinə aid olduğunu iddia edib.

Verilişin kişi aparıcısı isə Azərbaycan şairi Nizami Gəncəviyə aid olduğu deyilən şeiri oxuyur, baxmayaraq ki, bu misraların həqiqiliyi ekspertlər tərəfindən şübhə altına alınır. Çünki, ümumiyyətlə Nizaminin yaşadığı dövrdə İran adında bir ölkə yox idi və o, əsrlər sonra yaranıb.

bizim.media