İran telekanallarında Zəngəzur dəhlizi ilə bağlı verilişlərin sayı artıb
İran televiziya kanallarında son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı məsələ tez-tez gündəmə gətirilir. İranlı diplomat və ekspertlər Zəngəzur dəhlizinin hüquqi əsası olmadığını iddia edirlər.
Xüsusilə son həftələr İran mediasında Azərbaycan Respublikası ilə bağlı davamlı yanlış və qərəzli məlumatlar yayılır, Zəngəzur dəhlizi barədə təhlillər verilir.
Media orqanlarında və televiziya kanallarına dəvət olunan iranlı diplomat və siyasi şərhçilər Zəngəzur dəhlizi adınıın işlədilməsini yanlış adlandır, buna "sionizm, NATO, Turan dəhlizi" deyilməsini məsləhət görürlər. Belə ki, İran televiziyasında bu qəbildən olan verilişlərdən birində ekspert kimi çıxış edən Əhməd Kazimi Zəngəzur dəhlizi adının Azərbaycan Prezidenti tərəfindən irəli sürüldüyünü və bunun heç bir hüquqi əsası olmadığını iddia edib.
O, "Sürəyya" verilişində Zəngəzur dəhlizinin bəhanə olduğunu, Azərbaycanın bu vasitə ilə Ermənistann cənub bölgəsini işğal etməyə hazırlaşdığını və İranın parçalanmasına hazırlıq görüldüyünü deyib.
Kazimi İran mediasını tənqid edərək onların Zəngəzur dəhlizi ifadəsini işlətməklə Azərbaycanın Ermənistan və İrana qarşı planlarına xidmət etdiklərini söyləyib.
"İran rəsmiləri diqqətli olmalıdır, ən böyük yanlışlıq Zəngəzur dəhlizinin yalnız bir tranzit yolu kimi başa düşülməsi olub. Yox, bu belə deyil və Zəngəzur dəhlizi İranın parçalanmasının kod adıdır"-deyə, iranlı ekspert daha ayıq olmaları üçün Tehran hökumətinə xəbərdarlıq edib.
O, bu dəhlizə NATO-nun Turan dəhlizi adının verilməsinin daha doğru olduğunu, bunun arxasında İngiltərə yəhudilərinin durduğunu iddia edib.
Ülviyyə, Hurriyyet.az