📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran terror aktlarında uşaqlardan istifadə edir

2023-07-19 12:10:00

İran terror aktlarında uşaqlardan istifadə edir

Human Rights Watch təşkilatı (HRW) SEPAH-ın “uşaq əsgərlər” siyasətini sənədləşdirib. "Urmu Lake" teleqram kanalı bu barədə xəbər verir. Hesabatda qeyd edilir ki, İranda sığınacaq tapmış 14 yaşlı əfqan qaçqınlar “Fatimiyun” adlı hərbi qruplaşmaya cəlb ediliblər. Həmin uşaqlar Suriya döyüşlərində istifadə ediliblər və öldürülüblər.

HRW-nin bu hesabatının dərc edilməsindən sonra ABŞ Dövlət Departamenti 2018-ci ildə qeyd edilən faktları araşdırıb. Araşdırmalar bitdikdən snra İranın adını “uşaqları qanunsuz  hərbi xidmətə cəlb edən dövlətlərin siyahısı”na əlavə edib. Human Rights Watch təşkilatının ekspertləri “Fatimiyun”da “xidmət keçən” 20-yə yaxın döyüşçü uşaqdan müsahibə alıblar. Uşaqlar öz müsahibələrində qeyd ediblər ki, Suriyada döyüşməyə məcbur ediliblər. Onlardan biri qeyd edib ki, İran vətəndaşı statusu almaq üçün bu qrupda xidmət etmək məcburiyyətində qalıb.

“The New York Times” qəzetinə verdikləri müsahibədə “Fatimiyun” üzvləri qeyd ediblər ki, döyüşlər zamanı əfqanlardan tez-tez "birinci dalğa" kimi istifadə edilir. Nəticədə ən yüksək itkilər onların sırasında qeydə alınır. SEPAH-ın əfqan qaçqınlardan, uşaqlardan "ət sipəri” kimi istifadə etməsi faktı ortaya çıxır.

Ülviyyə, Hurriyyet.az