📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir

2023-07-19 10:10:00

İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir

1979-cu ildən etibarən, İranda  dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları  pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi" adlı 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.

Mayk Pompeo ABŞ Dövlət Departamentinin İranla bağlı dərc etdiyi hesabata istinad edərək tvitində yazıb ki, “İran xalqı iqtisadi problemlər içində boğulduğu bir zamanda, İran İslam Respublikası terror aktlarına 16 milyard dollardan çox vəsait xərcləyib”.

Bundan başqa, BMT-nin ekspertlər qrupunun 2018 ci ildə dərc etdikləri hesabatda göstərilir ki, İran hakimiyyəti ayrı-ayrı ölkələrdə fəliyyət göstərən terror təşkilatlarına dəstək verməklə yanaşı, həm də terrorçulara öz ərazisində təhlükəsizlik  sığınacaqları da yaradıb. "Əl-Qaidə" liderlərinin İran İslam Respublikası ərazisində “daha aydın göründüyü" bildirilir. İran Əl-Qaidə agentlərinin ölkədə qalmasına, onların maliyyə əməliyyatlarına  icazə verib, üzvlərinin Cənubi Asiya və Suriyaya daşınmalarına şərait yaradıb. ABŞ Maliyyə Nazirliyi 2016-cı ildə İranda yaşayan 3 nəfər Əl-Qaidə agentini müəyyən edib və onlara qarşı sanksiyalar tətbiq edib.

Ülviyyə, Hurriyyet.az