İran təyyarəsi Suriyaya enə bilmədən geri qayıtdı
2023-10-12 15:06:22
Suriyadakı Dəməşq hava limanı İsrail tərəfindən raket atəşinə tutulub. Hizbullahın teleqram kanalı xəbər verir ki, nəticədə Suriyaya uçan İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.
Bundan əvvəl isə bildirilmişdi ki, bu gün İranın xarici işlər naziri Abdullahyan İraq, Suriya və Livana səfər edəcək.
Ülviyyə, Hurriyyet.az