📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ticarət gəmisindən PUA daşıyıcısı düzəldir

2023-01-05 11:33:00

İran ticarət gəmisindən PUA daşıyıcısı düzəldir

İran ticarət gəmisindən PUA daşıyıcısı düzəltməsi aşkarlanıb. Belə ki, Fars körfəzinin girişindəki gəmiqayırma müəssisəsində İran Hərbi Dəniz Qüvvələri keçmiş ticarət konteyner gəmisini PUA-lar üçün daşıyıcıya çevirirlər.

Yayılan peyk görüntülərinə və açıq mənbəli fotoşəkillərə əsasən, bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İran bayraqlı konteyner gəmisi olan “Şəhid Məhdəvi” helikopter və dronları daşımaq üçün istifadə olunacaq. Müvafiq işlər Hörmüz boğazı yaxınlığında İranın Bəndər Abbas limanındakı Gəmiqayırma və Dəniz Sənaye Kompleksində aparılır. Qeyd edilir ki, “Şəhid Məhdəvi” ən azı may ayından limandadır və o vaxtdan etibarən ticarət gəmisi üzərində iş gedir.

Ülviyyə, Hurriyyet.az