İran tranzit ölkəsi olmaq uğrunda rəqabət aparır
İran hökuməti Asiya ölkələrini Avropa ilə birləşdirməyə hesablanmış mərkəzi tranzit ölkəsi olmağa çalışır. "İRNA"nın xəbərinə görə, bu barədə bazar günü parlamentin iqtisadi məsələlər komissiyasının üzvü Əsgər Səlimi bildirib.
"İranın 15 ölkə ilə ortaq sərhədi var və o Rusiya və Türkiyə vasitəsilə Asiyanı Avropayla birləşdirən, Mərkəzi Asiya ölkələri ilə Fars körfəzi ölkələri arasında bir bağdır”, deyərək o əlavə edib ki, İranın strateji mövqeyi ölkə üçün qlobal tranzitə imkanı yaradıb.
O, həmçinin qeyd edib ki, Oman körfəzi vasitəsilə əhalinin sıx məskunlaşdığı ölkələrlə əlaqə iqtisadi və ticarət əlaqələri üçün yaxşı fürsətdir və hökumət şərq cinahında iqtisadi mübadilənin gücləndirilməsinə üstünlük verməlidir.
Beləliklə İran Şimal-Cənub dəhlizi ilə Rusiyadan Hindistana pilot tranzitə başlayıb.
"Həştərxan iqtisadi zonasındakı Rusiya-İran Solyanka limanının sədri Dariuş Camali izah edib ki, tranzitlər arabir həyata keçirilirdi, lakin indi gəmiçilik şirkəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsl məqsədi olan bütün tranzit marşrutu üçün yalnız bir yük sənədindən istifadə etməklə, Rusiyadan Hindistana və ya Uzaq Şərqə konteynerlərin tranziti üçün pilot mexanizm yaradıb" deyə "IRNA" limanın nümayəndəsinə istinadən xəbər verir.
"Marşrutun üstünlükləri arasında: limanlarda və gömrükdə ödənişlər kimi nəqliyyat xərclərinin azaldılması, konteynerlərin gözləmə müddətinin azaldılması, yüklərin daha sürətli çatdırılması, boş və ya dolu konteynerlərin ötürülməsi zamanı təhlükələrin aradan qaldırılması, hüquqi sənədlərin verilməsi və mümkün itkilərin ödənilməsi, eləcə də daha sürətli bank əməliyyatları var", deyə Dariuş Camalinin sözlərindən sitat gətirlir.
Birinci tranzitin 41 ton taxta laminasiyalı plastikdən ibarət iki konteynerdən ibarət olduğunu deyən nazir pilot yükün Xəzər dənizi vasitəsilə İrana yollanmaq üçün Sankt-Peterburqdan göndərilərək Həştərxan limanına çatdırıldığını bildirib.
Bu razılaşmaları nəzərə alaraq, yüklərin böyük hissəsinin tranzitlə Rusiya və Belarusdan Hindistana Həştərxan limanı vasitəsilə göndəriləcəyi gözlənilir.
Ülviyyə, Hurriyyet.az