İran Türkiyə ilə sərhəd qapısını bağladı
2021-12-24 14:04:00
Hurriyyet.az “Sözcü” nəşrinə istinadən xəbər verir ki, İran İslam Respublikası birtərəfli şəkildə qərar verərək, Türkiyə ilə sərhəd qapılarını 15 gün müddətinə bağlamağı qərara alıb. Qərara görə, İranda yaşayış icazəsi olanlar, tələbə vizası olanlar (İranda təhsil alanlar), ölkəyə daxil olmaq üşün viza almış şəxslər (ticarətçilər və biznesmenlər), iş vizası alanlar, tibbi müalivə vizası olanlar, sərmayədar vizası alanlar və immiqrasiya polisi tərəfindən paspotuna möhür vurulmuş şəxslər sərhədi keçə bilərlər.
Türkiyənin Esendere yaşayış məntəqəsinin bələdiyyə başçısı Dırbaz Büyükçü bunun səbəbinin İranın öz vətəndaşlarının Yeni İl günlərində xaricə səfər eləməsinin qarşısını almaq istəyi ola biləcəyini bildirib.
Hürr Tərcüman