📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Ukraynada vurulan və ələ keçirilən Qərb silahlarını "kopyalayır"

2023-03-29 12:13:00

İran Ukraynada vurulan və ələ keçirilən Qərb silahlarını

Məlum olduğu kimi silah ticarəti dünyada ən gəlirli biznes sahəsidir. Son illərdə İran mühəndislik üzrə ən böyük mərkəzə çevrilib. Bu barədə Böyük Britaniyanın "INews" saytı xəbər verir. Biz bunu həm Tehranın əl altından Rusiyaya Ukraynada müharibə üçün ötürdüyü PUA-ların satışında, həm də nüvə və digər silahları ərsəyə gətirmək səylərində görürük. 

Belə ki, İslam Respublikası Qərbin hərbi inkişafının öyrənilməsi əsasında bütün ərəb dünyasının cəmindən daha çox hərbi məhsul istehsal edir və bu sahədə regionda Türkiyə və İsraildən sonra ikincidir.
Bu gün Tehranın mühəndisləri əsasən Ukraynadan Qərb istehsalı olan döyüş qənimətlərini ələ keçirmək və onu araşdırmaqla, belə desək, o silahların üzünü çıxarmaqla, kopyalamaqla məşğuldurlar. Bu o deməkdir ki, biz tezliklə İslam Respublikasından yeni silah növlərini görə bilərik. İranın yeni növ silah-sursat ərsəyə gətirmək səylərini həmçinin ticarət nöqteyi-nəzərindən keçirsək, ehtimal edə bilərik ki, Tehran yeni növ silahların dünya bazarına çıxarılmasına, başqa sözlə Rusiya kimi köhnə silah ticarətçisinin sıradan çıxmasıyla bu bazara girməyə iddia etməyə və bazarda öz yerini tutmağa çalışır.  

Ülviyyə, Hurriyyet.az