📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran və Amerika arasında dolayı müzakirələrin növbəti mərhələsi başlayıb

2022-06-29 12:40:00

İran və Amerika arasında dolayı müzakirələrin növbəti mərhələsi başlayıb

İyulun 28-də Qətərin paytaxtı Dohada Avropa İttifaqının vasitəçiliyi ilə dünya gücləri ilə Tehranın nüvə anlaşmasını canlandırmaq məqsədi ilə İran və Amerika arasında dolayı danışıqların yeni mərhələsi başlayıb.
Bir sıra xəbər agentlikləri İranın baş nüvə müzakirəçisi Əli Baqiri Kəninin Avropa İttifaqının İranla nüvə danışıqları üzrə koordinatoru Enrike Mora ilə şəklini dərc edib.
İran və Amerika arasında birbaşa danışıqlar aparılmadığı üçün Enrike Mora hər iki tərəfin mesajlarını bir-birlərinə çatdırdığını deyib.
Nüvə razılaşması ilə bağlı məsələləri işıqlandıran Amerikanın xarici siyasət sahəsinin tanınmış jurnalisti Lara Rozen, özünün Tvitter hesabında amerikalı müzakirəçilərdən birinə istinadən yenicə başlayan danışıqların zəif getdiyi barədə paylaşım edib.

Ülviyyə, Hurriyyet.az