📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

2024-06-12 11:53:51

İran və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

İran və Azərbaycan birgə hərbi təlimlər keçirəcək. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Taktiki manevrlər zamanı strateji obyektlərin və kommunikasiya xətlərinin təxribat fəaliyyətindən qorunması üçün bir neçə tapşırıq yerinə yetiriləcək.

Təlimlərdə, həmçinin komandirlərin qərar qəbuletmə bacarıqlarının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi də diqqət mərkəzində olacaq.

Təlimlərə şəxsi heyət, hərbi texnika, aviasiya və dronların cəlb olunacağı qeyd olunur.

Ülviyyə, Hurriyyet.az